Saymon Kleq: “Olimpiya stadionu artıq bağlanış mərasiminə tam hazırdır”

Saymon Kleq: “Olimpiya stadionu artıq bağlanış mərasiminə tam hazırdır”


"Cüdo üzrə yarışlara start verilib. 14 məkanda yarışlarda böyük sayda tamaşaçı iştirak edib. Bu, orta hesabla 75 faiz edir”.
Bu sözləri Bakı-2015 I Avropa Oyunları Əməliyyatlar Komitəsinin baş direktoru Saymon Kleq deyib.
İyunun 26-da keçirilən mətbuat konfransında iştirak edən baş direktor dünənin yekunları ilə bağlı məlumat verib: "Könüllülər dünən də çox səy göstərdilər. Oyunların uğurlu keçməsində əziyyətlərini əsirgəmirlər. Hava proqnozuna görə, dünən BMX velosiped yarışlarının vaxtında dəyişiklik etmişik. Bu dəyişikliklər bütün maraqlı tərəflərlə razılaşdırılıb. Olimpiya stadionu artıq bağlanış mərasiminə tam hazırdır. Keçid prosesi başa çatıb. Bu gün 23 medal dəsti sahiblərinə çatdırılacaq. Azərbaycan yığmasının uğurları əhalinin Oyunlara marağını artırıb. Bununla bağlı hər kəsi təbrik edirik. Bu, Azərbaycan heyətinin nailliyyətidir. Bu gün 29 min tamaşaçı olacaq. Şənbə günü 26 minə yaxın tamaşaçının gəlişi gözlənilir. Hazırda vəziyyət normaldır. Bu uzun yolu gözəl nəticələrlə başa çatdırırıq. Əvvəlki səviyyədə xidmətlər göstərməyə köklənmişik. Hər kəs əlindən gələni edir”.