Teymur qızıl aldı

Teymur qızıl aldı



İyunun 25-də birinci Avropa Oyunları çərçivəsində keçirilən boks yarışlarında Teymur Məmmədov ölkəmizin aktivinə daha bir qızıl medal yazdırıb.
Final mərhələsində kişilər arasında 81 kq çəki dərəcəsində italiyalı Valentino Manfredonia ilə qarşılaşan Teymur Məmmədov rəqibinə 3:0 hesabı ilə qalib gələrək birinci Avropa Oyunlarının çempionu olub. Buna qədər görüşdüyü rəqiblərinə heç bir şans verməyən London-2012 Olimpiya Oyunlarının bürünc mükafatçısı, Avropa çempionu və dünya ikincisi olan Teymur Məmmədov yarımfinalda rusiyalı Pavel Silyaginu 3:0 hesabı ilə məğlub edib.