Komandamız bürünc medal uğrunda Serbiya ilə yarışacaq

Komandamız bürünc medal uğrunda Serbiya ilə yarışacaq



İyunun 25-də Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsində yarımfinal matçları keçirilib. Həmin gün 2 oyunun nəticəsinə əsasən finalçılar müəyyənləşib.
1/4 finalda Hollandiya üzərində asan qələbə qazanan Azərbaycan yığması çempionluğa gedən yolda Türkiyə ilə üz-üzə gəlib. Qrup mərhələsində 0:3 hesabı ilə Türkiyəyə uduzan komandamız bu dəfə də məğlubiyyətdən yaxa qurtara bilmədi. Komandalar arasında gedən gərgin qarşılaşma tay-brekə qədər uzanıb və rəqibin qələbəsi ilə başa çatıb - 3:2. Millimiz iyunun 27-də bürünc medal uğrunda Serbiya yığması ilə qarşılaşacaq.
Digər yarımfinal cütündə isə Polşa və Serbiya münasibətlərinə aydınlıq gətiriblər. Gərgin keçən mübarizə tay-brekə qədər uzanıb. Son seti daha yaxşı keçirən Polşa finala vəsiqə qazanmağa müvəffəq olub -3:2.

Voleybol, qadınlar
Yarımfinal

Polşa – Serbiya - 3:2 (25:23, 20:25, 25:19, 22:25, 15:12)
Türkiyə - Azərbaycan – 3:2 (25:21, 23:25, 25:19, 23:25, 15:11)