Iyunun 26-da ilk Avropa Oyunları çərçivəsində 3x3 basketbol yarışları üzrə yarımfinal və final oyunları keçirilir.
Günün yarımfinal oyunlarında kişilərdən ibarət Rusiya yığması Sloveniyanı, Serbiya İspaniyanı qəbul edib. Rusiya komandası Sloveniya yığmasını 21:8 hesabı tam məğlubiyyətə uğradıb. Xatırladaq ki, Rusiya ilkin mərhələdə bütün üç oyunlarda qalib gəlib. 1/8 finalda estonları, ¼-də isə xorvatları məğlub edən rusiyalı basketbolçular yarımfinala yüksəliblər. Qızıl medal uğrunda Rusiyanın rəqibi Serbiya:İspaniya qarşılaşmasının qalibi olan İspaniyadır.
Sloveniya bürünc medal uğrunda yarışacaq.
Qadınlar arasında günün yarımfinal yarışlarında Rusiya İspaniyanı (13:12), Ukrayna isə Sloveniyanı (21:16) məğlub edərək finala yüksəlib.
Qızıl medal uğrunda finalda Rusiya yığması Ukrayna ilə qüvvəsini sınağa çəkəcək. Qarşılaşma Bakı vaxtı ilə saat 20.30-da başlayacaq.
Avropa Oyunlarının bürünc medal uğrunda Sloveniya:İspaniya qarşılaşmasına isə 19.30-da start veriləcək.