Avropa Oyunları çərçivəsində günün final oyunlarında Rusiyanın qadınlardan ibarət basketbol yığması Ukraynanı məğlub edərək yarışların çempionu adına layiq görülüb.
Rusiya komandasının oyunçusu Tatyana Vidmer çempionluq sevincini "olimpnews.az” saytı ilə bölüşdü:
- Komandamız bu yarışlarda qələbəyə iddialı idi. Sevinirik ki, zəhmətimiz hədər getmədi və biz Avropa Oyunlarının çempionu adını qazandıq. Hər birimiz bu yarışa özümüzü hazır hiss edirdik. Bu qələbə yalnız bizim deyil, həm də məşqçilərimizin, psixoloqlarımızın qələbəsidir. Rusiya yığması medalçılar siyahısında liderdir və bu da komanda kimi bizim qarşımızda böyük məsuliyyət qoyurdu. Basketbol 3x3 idman növünün ilk Avropa Oyunlarının proqramına daxil edilməsi çox yaxşı haldır və gələcəkdə bu növün inkişafına böyük təkan verəcək. Bu, həm də basketbol yeni növünün Olimpiya oyunlarının proqramına daxil edilmədində mühüm rol oynayacaq. Övladımı da özümlə bura gətirmişəm. Körpə oğlum komandamıza uğur gətirdi. Semyon bizim talismanımız oldu.
Azərbaycan tarixdə ilk dəfə Avropa Oyunlarına uğurla ev sahibli etdi. Buradakı insanlardan, onların səmimiliyindən heyran qalmışıq. Təşkilatçılığa gəlincə, hər şey əladır. Tamaşaçıların dəstəyi, alqışları bizə əlavə ruh verdi.