Aleksandr Pavlov: “Biz verdiyimiz sözü yerinə yetirdik”

Aleksandr Pavlov: “Biz verdiyimiz sözü yerinə yetirdik”



Avropa Oyunlarında basketbol 3x3 yarışlarına yekun vurulub. Kişilər arasında final qarşılaşmasında Rusiya yığması İspaniyaya qalib gələrək qızıl medala layiq görülüb.
Rusiya yığmasının oyunçusu Aleksandr Pavlov komandasının qələbə sevinci ilə bağlı təəssüratlarını bizimlə bölüşdü:

- Çəkdiyimiz əziyyət hədər getmədi və biz birinci Avropa Oyunlarının qalibi adını qazandıq. Sevindirici haldır ki, qızlardan ibarət basketbol komandası da yarışların qalibi oldu. Yarışlarda inamla mübarizə aparmağımız və komanda şəklində yarışmağımız qələbəyə gedən yolumuzu asanlaşdırdı. Havaların isti olması müəyyən çəyinliklər yaratsa da, sonunda qalib gəlməyi bacardıq. Basketbol 3x3 oyunu idmançıdan dinamiklik, çeviklik tələb edir. Burada gərək oyunçu universal olsun, yəni oyun zamanı müxtəlif mövqelərdə yüksək texnika nümayiş etdirsin. Yarışa yüksək səviyyədə hazırlaşmışdıq və biz verdiyimiz sözü yerinə yetirdik.