İlham Zəkiyev: «Cənab Prezident, əsgər Zəkiyev, sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi»

İlham Zəkiyev: «Cənab Prezident, əsgər Zəkiyev, sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi»



-Avropa Oyunları böyük bir tarixi nəticə idi. Bu əlamətdar idman tədbirində iştirak etmək böyük şərəfdir. Ölkə başçısı İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya minnətdaram. Bildiyiniz kimi, bu gün Silahlı Quvvələr Günüdür. Mən bu bayramda qızıl medal qazandım. Cənab Prezidentlə bir kürsüdə olanda sevincimin həddi-hüdudu olmadı. Mən dedim: "Cənab Prezident, əsgər Zəkiyev, sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi». Mən qələbə qazanmağıma görə bütün xalqıma minnətdaram.