Türkiyə Avropa Oyunlarının çempionudur

Türkiyə Avropa Oyunlarının çempionudur





Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə bu gün yekun vurulub. 
Yarımfinalda gərgin mübarizənin yekununda Türkiyəyə məğlub olan Azərbaycan yığması bürünc medal üçün Serbiya ilə qarşılaşıb. Təəssüf ki, komandamız Avropa Oyunlarının bürünc medalını rəqibə güzəştə gedib və oyunu 3:2 hesabı ilə uduzub.
Voleybol üzrə qadınlar arasında Avropa Oyunlarının qalibi adı uğrunda Türkiyə - Polşa yığmaları mübarizə aparıblar. Finalda gərgin mübarizə Türkiyə komandasının üstünlüyü ilə keçib və cəmi üç setdə tamamlanıb. Qonşu ölkənin qadın voleybolçuları rəqib komandaya böyük hesabla qalib gəliblər - 3:0.     


Voleybol
Qadınlar
Final

Türkiyə - Polşa –3:0 (25:11, 25:19, 25:13)