“Heç bir ölkə Azərbaycanın uğurunu təkrarlaya bilməz”

“Heç bir ölkə Azərbaycanın uğurunu təkrarlaya bilməz”



Bakı-2015 I Avropa Oyunlarında qadın voleybolçuların mübarizəsinə dünən yekun vurulub.
Finalda Polşanı məğlub edən Türkiyə yığması qalib adını qazanıb.

Polen Uslupehlivan,
Türkiyə milli komandasının üzvü:

-Avropa Oyunlarında qızıl medal qazandığımız üçün çox sevinirəm. Bakıya gəlməkdə məqsədimiz qalib adını qazanmaq idi. Məqsədə çatmaq üçün var-qüvvəmizi sərf etdik. İlk Avropa Oyunlarının qalibi olmağı şərəf hesab edirik. Lakin Azərbaycan yığmasının məğlub olmasına çox üzülürük. İnanırıq ki, qızlar növbəti yarışlarda əsl güclərini göstərəcəklər. Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi barədə də bir məqamı vurğulamaq istərdim. İlk dəfə keçirilməsinə baxmayaraq Azərbaycan Oyunlara ev sahibliyində, sözün əsl mənasında sınaqdan uğurla çıxdı. Düşünürəm ki, növbəti Avropa Oyunlarının harada keçirilməsində asılı olmayaraq, heç bir ölkə Azərbaycanın uğurunu təkrarlaya bilməz.