Ferhat Akbaş: “Qələbəmizi Türkiyə idmanına həsr edirik”

Ferhat Akbaş: “Qələbəmizi Türkiyə idmanına həsr edirik”



Ferhat Akbaş,

Türkiyənin qadınlardan ibarət voleybol yığmasının baş məşqçisi:

- Çempion olmağın sevincini sözlə ifadə etmək çox çətindir. Ürəkdən və böyük əzmlə oynadıqları üçün komandanın bütün üzvlərini təbrik edirəm. Əsas olan komanda oyunu idi və Türkiyə yığması bunu yaxşı bacardı. Qələbəmizi ölkəmizə və Türkiyə idmanına həsr edirik.
Azərbaycanlı azarkeşlər bütün görüşlərdə Türkiyə komandasına yaxşı dəstək oldu. Buna görə qardaş ölkənin bütün azarkeşlərinə təşəkkür edirəm. Bakı ilk Avropa Oyunlarını Olimpiya oyunları səviyyəsində peşəkarcasına təşkil etməyi bacardı. Yüksək təşkilatçılığa görə Azırbaycan adına sevinməyə dəyər.