Kişi voleybolçular medal uğrunda son qarşılaşmada

Kişi voleybolçular medal uğrunda son qarşılaşmada



Bakı-2015 I Avropa Oyunlarında kişi voleybolçuların medal görüşlərinə start verilib. 
"Olimpnews.az” xəbər verir ki, bürünc medal uğrunda Polşa və Rusiya yığmaları qarşı-qarşıya gəliblər. Görüşdə ilk set 26:24 hesabı ilə rusların xeyrina başa çatıb. İkinci setdə polşalı rəqiblər üstün olublar – 25:23. Yarış davam edir.
Günün sonuncu qarşılaşması qızıl medal uğrunda Bolqarıstanla Almaniya yığmaları arasında keçiriləcək.
Qeyd edək ki, qadın voleybolçuların mübarizəsində qalib adını finalda Polşanı 3:0 hesabı ilə məğlub edən Türkiyə millisi qazanıb. Azərbaycan millisi isə 3-cü yer uğrunda görüşdə Serbiyaya uduzub - 2:3.