Nəriman Özsoy,
Türkiyə voleybol millisinin oyunçusu,
- Bu gün bizim üşün çox sevincli gündür. Polşa komandası ilə oyunun çətin keçəcəyini gözlədiyimiz halda, qarşılaşma bizim üçün asan keçdi. Yaxşı oyun nümayiş etdirdik. Zədəm məni incitsə də, bütün qüvvəmi toplayaraq sinunadək mübarizə apardım. İlk Avropa Oyunlarının qızıl medalını qazanmaq bizim üçün şərəfdir. Bu qələbə münasibətilə məşqçilərimi, bütün komanda yoldaşlarımı təbrik edirəm. Azərbaycanlı azarkeşlərə bizi dəstəklədikləri üçün təşəkkür edirəm. Komandanızın bürünc medal qazanmasını çox istərdik, amma alınmadı. Bunun üçün təəssüflənməyə dəyməz. Komanda kimi öz üzərilərində çox işləməlidirlər. Azərbaycan millisində güclü və təcrübəli oyunçular var. Təşkilatçılığa gəlincə, onu deyə bbilərəm ki, Azərbaycan yüksək səviyyədə bir iş bacardı. Qardaş ölkənin bu uğuru ilə sonsuz qürur duyuruq.