“Bakı gözəl və təkraredilməz şəhərdir”

“Bakı gözəl və təkraredilməz şəhərdir”



Polşanın qadınlardan ibarət millisi Avropa dünən birinci Avropa Oyunlarının gümüş medalına layiq görüldü. Qızıl medal uğrunda yalnız Türkiyəyə güzəştə gedən Polşa yığmasının baş məşqçisi Jasek Navroçki yarışla bağlı təəssüratlarını bizimlə bölüşüb:

- Avropa Oyunlarında iştirak etmək və yarışların gümüş medalına sahib olmaq qürurvericidir. Nə gizlədim, bu oyunların çempionu olmağı çox istərdik, amma şansımız gətirmədi. Rəqib komanda həqiqətən də, güclü idi. Biz bütün qüvvəmizi ortaya qoysaq da, Türkiyə komandasının qızıl medal uğrunda bəxti gətirdi.
Azərbaycanda olmaq, insanlarla ünsiyyət saxlamaq xoşuma gəldi. Bakı gözəl və təkraredilməz şəhərdir. Təşkilatçılığa isə söz ola bilməz, hər şey çox əladır. Azərbaycana, Bakıya gəlməyi bir daha istərdim.