Azərbaycan – İtaliya oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək

Azərbaycan – İtaliya  oyunu Bakı Olimpiya Stadionunda keçiriləcək


AÇ-2016-nın seçmə mərhələsində Azərbaycan - İtaliya oyununun keçiriləcəyi stadion artıq müəyyənləşib.
Qarşılaşma oktyabrın 10-da 65 000 yerlik Bakı Olimpiya stadionunda keçiriləcək.
Xatırladaq ki, İtaliyada keçirilən ilk oyunda Azərbaycan millisi italyanlara 1:2 hesabı ilə uduzub.
Hazırda seçmə mərhələdə 6 oyundan sonra 1 qələbə və 1 heç-heçə sayəsində 4 xal toplayan komandamız turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.
Azərbaycan - İtaliya oyunu oktyabrın 10-da saat 21:00-da keçiriləcək.