"Rusiyanın 2018-ci ildə futbol üzrə dünya çempionatına layiqli ev sahibliyi edib-etməməyi ilə bağlı hazırda çoxlu müzakirələr gedir. Düşünürəm ki, ölkələrin böyük turnirləri təşkil etməsi məsələsi ətrafında söz-söhbət yaratmaqdansa, onlara bu məsuliyyəti üzərilərinə götürdüyü üçün təşəkkür etmək lazımdır. Hətta onların qarşısında baş əyməyə dəyər”.
Bu sözləri Rusiyanın idman naziri Vitali Mutko deyib.
Rusiyalı nazir böyük yarışları qəbul edən ölkələrin idmanın inkişafındakı rolundan da danışıb. Mutkonun sözlərinə görə, Azərbaycanın Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etməsi alqışa layiqdir: "Çinə təşəkkür etməliyik ki, yay Olimpiya Oyunlarından sonra xeyli sayda turnirlər təşkil edib. Avropa Oyunlarını yüksək səviyyədə qəbul edən Azərbaycana da təşəkkür etmək lazımdır. Bu, böyük bir işdir. Təbii ki, görülən işlərlə bərabər, böyük turnirlərə ev sahibliyi etmək idmanın və infrastrukturun inkişafını sürətləndirir”.
Qeyd edək ki, Bakı-2015 Avropa Oyunları iyunun 12-28-də ölkəmizdə keçirilib.