I Avropa Oyunlarının qalibləri ilə görüş keçirilib

I Avropa Oyunlarının qalibləri ilə görüş keçirilib




Bakı-2015 birinci Avropa Oyunlarında medal qazanan Azərbaycan idmançılarının iyulun 11-də , "Park Bulvar”da avtoqraf sessiyası keçirilib.
"Park Bulvar” ticarət mərkəzində təşkil olunan tədbirdə idmançılarımız paytaxt sakinləri və şəhərimizin qonaqları ilə görüşüblər.
Görüşdə birinci Avropa Oyunlarının çempionları boksçu Teymur Məmmədov, paralimpiyaçı cüdoçu İlham Zəkiyev, karateçilər Firdovsi Fərzəliyev, Ayxan Mamayev, bürünc mükafatçılar Tayfur Əliyev, Patimat Abakarova, İlahə Qasımova, Niyazi Əliyev və Azərbaycan karate millisinin baş məşqçisi, əməkdar məşqçi Rəhman Hətəmov iştirak ediblər.
Tədbirdə qələbələri ilə Azərbaycanın idman şərəfini ləyaqətlə qoruyan, ölkəmizin adını dünya idman tarixinə yazdıran, bayrağımızı ucaldan atletlərimiz iştirakçılarla söhbət ediblər.
Sonra idmançılarımız tədbir iştirakçılarının suallarını cavablayıb, avtoqraf verib və xatirə şəkilləri çəkdiriblər.
Xatırladaq ki, iyunun 12-dən 28-dək ölkəmizdə keçirilən birinci I Avropa Oyunlarında Azərbaycan millisi 21 qızıl, 15 gümüş, 20 bürünc medalla komanda hesabında ikinci yeri tutub.