İdmançıların və könüllülərin iştirakı ilə parad keçirilib

İdmançıların və könüllülərin iştirakı ilə parad keçirilib



İyulun 12-də Bakı-2015 Avropa Oyunlarının könüllülərinə və Azərbaycan yığmasının idmançılarına həsr olunmuş "Tarix yazdıq! Tarixə yazıldıq!” şüarı altında parad keçirilib.
Gənclər və İdman Nazirliyinin, birinci Аvropa Oyunları Əməliyyat Komitəsinin təşəbbüsü ilə təşkil edilən tədbir iki hissədən ibarət olub. Tədbirin birinci hissəsində Azərbaycan idmançılarının və Avropa Oyunlarının könüllülərinin iştirakı ilə Bakı İdman Sarayından başlayan "Bakı-2015” paradı Dənizkənarı Milli Parkda, Saat qülləsinin yanında yekunlaşıb.
Bakı-2015 Avropa Oyunları paradı xüsusi konsert proqramı ilə davam etdirilib.