Karin Kuijt, hollandiyalı basketbolçu:
- I Avropa Oyunlarının təşkilini çox bəyəndim. Bu yarışlarda iştirak mənim üçün böyük təcrübə oldu. Hər şey çox gözəldir. Atletlər kəndi, oyunların, komandaların səviyyəsi yüksəkdir. Deyərdim ki, bu yarışlar Avropa çempionatları kimidir. Sadəcə çoxlu sayda idman növləri ilə birgə keçirilir. Bizim komandamız yaxşı çıxış etdi. Basketbolda yarımfinala qədər yüksəlsək də, Rusiya komandasına qalib gələ bilmədik. Bakı gözəl şəhərdir. Burada qədim və yeni binalar göz oxşayır. Düzünü deyim ki, Hollandiyanın Avropa Oyunlarına ev sahibliyi etməməsinə çox təəssüfləndim. Növbəti Avropa Oyunlarının da isti ölkədə, günəşli və az küləkli bir şəhərdə keçirilməsini istərdim.