Taekvondo çularımız Koreyada uğurla yarışıblar

Taekvondo çularımız Koreyada uğurla yarışıblar


Koreya Respublikasının Çunçeon şəhərində keçirilən taekvondo üzrə "Koreya Open” turniri başa çatıb. G2 kateqoriyalı bu turnirdə ölkəmizi təmsil edən 12 idmançı üç medal qazanıb. 80 kq çəki dərəcəsində mübarizə aparan Birinci Avropa Oyunlarının qalibi Milad Beigi Herçeqani bütün rəqiblərini üstələyərək turnirin qızıl medalına layiq görülüb. Digər iki idmançımız - Sina Bahrami (-63 kq) və Patimat Abakarova (-49 kq) isə aktivlərinə bürünc medal yazdırmağa nail olublar. Mübarizəyə inamla başlayan komandamızın üzvlərindən Məhəmməd Məmmədov (63 kq) və Səid Quliyev (-74 kq) dörd qarşılaşmadan qalib ayrılsalar da, yarımfinalda məğlub olaraq turniri medalsız başa vurublar. Komandamız Koreya Respublikasına baş məşqçi Reza Mehmandoust, böyük məşqçi Elnur Amanov və Sun Mi Parkın rəhbərliyi altında yollanmışdı.
Qeyd edək ki, qadın taekvondoçularımız həm də baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında Koreya Respublikasında təlim-məşq toplanışlarında iştirak edəcəklər.