Bakıda qəzaya düşən avstriyalı üzgüçü özünü necə hiss edir?

Bakıda qəzaya düşən avstriyalı üzgüçü özünü necə hiss edir?



İyunun 10-da Bakıda avtobus qəzası keçirən avstriyalı sinxron üzgüçü Vanessa Sehinoviçin səhhəti gündən-günə yaxşılaşır.
Mətbuatın yazdığına görə, avstriyalı atletin vəziyyəti sabitdir və onun sağlamlığı üçün bütün lazımi tədbirlər həyata keçirilir. İntensiv terapiya şöbəsindən normal stasionar şöbəyə köçürülən V.Sehinoviçin müalicəsi artıq bu şöbədə davam etdirilir. Hazırda gənc atletin xəstəxananı tərk etdikdən sonra müvafiq reabilitasiya kursu keçməsi üçün uyğun bərpa-reabilitasiya mərkəzləri arasında seçim edilir. Azərbaycanın Avstriyadakı səfirliyi ölkəmizin müvafiq dövlət qurumları ilə koordinasiyalı şəkildə həm Vanessaya, həm də onun ailəsinə müvafiq diqqət və qayğı göstərir.