Azərbaycan karateçiləri İranda yüksək nəticə göstəriblər

Azərbaycan karateçiləri İranda yüksək nəticə göstəriblər

İranın Kərəc şəhərində ensin karate üzrə beynəlxalq turnir keçirilib. Azərbaycan Ensin Karate Federasiyasının prezidenti Zahir Mirişovun verdiyi məlumata görə turnirdə milli komandamız 7 medal qazanıb. Millimizin heyətində Ehtiram Əliyev (60 kq), Elvin Məmmədov (75 kq), Elmin Əliyev (55 kq), Ələkbər Həmidli (40 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Digər karateçilərimiz Sahib Kazımlı (30 kq), Yusif Qurbanlı (30 kq) və Səbinə Sadıqova (55 kq) gümüş medallara sahib olublar.