Masallı rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə rayondakı Taekvando Mərkəzində milli qəhrəmanlarımızın və Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş açıq turnir keçirilib. Turnirdə yeniyetmə və gənc taekvandoçular güclərini sınayıblar.
Yarışın əsas məqsədi idmançıların fiziki sağlamlığının artırılması, onların mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, dostluq əlaqələrinin təbliği, idmanın kütləviliyinə nail olmaqdan ibarət olub. Rayonda taekvando idman növünün geniş təbliğ etdirilməsi, yeniyetmə və gənclərin bu idman növünə marağının artırılması da yarışın əsas məqsədlərindən biri olub. 11 çəki dərəcəsində keçirilən açıq turnirdə Masallı idmançıları ilə yanaşı, Yardımlı, Biləsuvar, Cəlilabad rayonlarından olan idmançılar da öz güclərini sınayıblar. İki gün davam edən yarışda qalib idmançılar Masallı rayon Gənclər və İdman İdarəsi tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıblar.
Açıq turnirdə 120 nəfər yeniyetmə və gənc taekvondoçu iştirak edib.