Karateçilər İranda yarışacaqlar

Karateçilər İranda yarışacaqlar


Azərbaycan karateçiləri İranda 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirində iştirak edəcəklər. Yarışlar Urmiya şəhərində keçiriləcək.
Böyüklərdən ibarət milli komandanın əsas üzvlərindən bir neçə nəfəri Bakı-2015 I Oyunlarından sonrakı istrahətdən yeni qayıtdıqları üçün İrandakı beynəxlaq turniri buraxmalı olublar. Onlardan Oyunların qalibi Firdovsi Fərzəliyevlə (-60 kq) bürünc mükafatçı Niyazi Əliyev (-67 kq), həmçinin Ceyhun Mustafayevlə Musa Musayev (-60 kq), Rafiz Həsənov (-67 kq), Pənah Abdullayev (-84 kq), Orxan Heydərli, Asiman Qurbanl və Əli Cəfərov (+84 kq) kişilərin turnirində tatamiyə çıxacaq.
Milli dərəcəli Azərbaycan hakimlərindən Mehman Mədətov, Akif Kərimov və Cavid Rəfiyev beynəlxalq turnirin referiləri arasında olacaq.
Yarışın mükafat fondu 30 min dollardır. Avqustun 17-də İrana yola düşən heyət ayın 22-də Bakıya dönəcək.