İdmançılarımız beynəlxalq yarışı 13 medalla başa vurublar

İdmançılarımız beynəlxalq yarışı 13 medalla başa vurublar


İranın Urmiya şəhərində keçirilən 11-ci beynəlxalq yoldaşlıq və həmrəylik turnirində karateçilərimiz 13 medal qazanıblar. Niyazi Əliyev (67 kq) və Asiman Qurbanlı (+84 kq) şəxsi yarışlarda, Rafiq Əmirov, həmçinin müxtəlif yaş qruplarından ibarət heyət katada, milli komandanın əsas və əvəzedicilərindən ibarət heyəti isə komanda kumite yarışlarında bürünc medal qazanıblar.
Gənclərdən ibarət heyət iranlı həmyaşıdları ilə komanda yarışlarında bürünc medal uğrunda mübarizə aparıb. Gənc karateçimiz Pənah Abdullayev (84 kq) fərdi yarışlarda hesabda irəlidə olsa da, başından aldığı zədə nəticəsində mübarizəni dayandırıb və turniri medalsız başa vurub.
Beləliklə, ənənəvi Urmiya kubokunda iştirak edən Azərbaycan karateçiləri 2 qızıl, 1 gümüş və 10 bürünc medalla 7 ölkə arasında komanda hesabında İran və Türkiyədən sonra üçüncü pillədə qərarlaşıblar.