Naxçıvan şəhərində yerləşən İlham Əliyev adına Olimpiya İdman Kompleksində "Zərərli vərdişlərə yox deyək, həmişə sağlam olaq” devizi altında gənclər arasında MMA qaydasız döyüş üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Yarışın açılış mərasimində Naxçıvan Şərq Döyüşü Sənəti Federasiyasının sədr müavini Cavanşir Salayev çıxış edərək idmançıları yarışın qaydaları ilə tanış edib və onlara uğurlar arzulayıb.
Naxçıvan Şərq Döyüşü Sənəti Federasiyasının və Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən yarışda 7 çəki dərəcəsində 50-yə yaxın idmançı qüvvəsini sınayıb. Gərgin mübarizə şəraitində keçən yarışda Əhməd Rzayev, Tofiq Əsgərzadə, Həsən Orucov, Bünyad Səttarlı, Fəxrəddin Ağayev, Rasim Hacıyev və Səyyad Məmmədov müxtəlif çəki dərəcələrində birinci yerə layiq görülülər.
Qaliblərə Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olunublar.