Azərbaycan Taekvondo Federasiyasının (ATF) mətbuat xidməti S.Məhərrəmovun olimpnews.az saytına verdiyi məlumata görə, Moldovanın paytaxtı Kişinyovda 16-21 yaşlılar arasında Avropa çempionatı keçiriləcək. 18-21 aprel tarixlərində təşkil ediləcək qitə çempionatında ölkəmizi 8 oğlan və 6 qızdan ibarət idmançı heyəti təmsil edəcək. Avropa çempionatında təmsilçilərimizi qadınlardan ibarət milli komandanın baş məşqçisi, əməkdar məşqçi Gündüz Abdullayev, gənclərin baş məşqçisi, əməkdar məşqçi Məmməd Abdullayev, böyük məşqçilər Elnur Amanov və Təvəkkül Bayramov müşayiət edəcəklər.
Avropa çempionatına yollanacaq taekvondoçuları təqdim edirik:
1.Mikayıl Əliyev (-54kg)
2.Məcid Sofiyev (-58kg)
3.Səbuhi İsmaylzadə (-63kg)
4.Hüseyn Mehralıyev (-68kg)
5.Səid Guliyev (-74kg)
6.Ramin Abdullayev (-80kg)
7.Ceyhun Həsənli (-87kg)
8.Aydın Bəhməlov (-87kg)
9.Təranə Məmmədova (-46kg)
10.Patimat Abakarova (-49kg)
11.Günay Ağayeva (-53kg)
12.Aytən Səmədli (-62kg)
13.Fəridə Əzizova (-67kg)
14.Marina Tedeeva (-73kg)
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Nağı Səfərov, yarışdan əvvəl Avropa Taekvondo İttifaqının Icraiyyə Komitəsinin iclasında iştrak edəcək. ATF-in digər vitse-prezidenti Niyaməddin Paşayev də Moldovaya gedəcək. Avropa çempionatını idarə edənlər hakimlər arasında həmyerlimiz, beynəlxalq dərəcəli hakim Elşad Məmmədov də olacaq.