Türkiyənin Samsun şəhərində keçirilən taekvondoçular arasında beynəlxalq Qran-pri turniri başa çatıb. Yaşar Doğu İdman Zalında təşkil olunan yarış Olimpiya çəkiləri üzrə keçirilib və Rio-2016-ya lisenziya xalları verib. Yarışın ilk günü güclərini sınayan Fəridə Əzizova (67 kq) birinci görüşündə İran təmsilçisinə qalib gəlsə də, ardınca türkiyəli rəqibinə məğlub olub. Radik İsayev (+80 kq) də lazımi nəticə əldə edə bilməyib. Dünya çempionumuz ilk görüşdə Belarus taekvondoçusuna məğlub olub. Digər taekvondoçumuz Ayxan Tağızadə (68 kq) isə ilk döyüşdə fransa təmsilçisini, növbəti görüşdə belçikalı rəqibini məğlub edib. Dörddəbir finalda təmsilçimiz İran idmançısı ilə qarşılaşıb. Gərgin mübarizdə Bakı-2015-in qalibi Ayxan Tağızadə rəqibinə 2:3 hesabı ilə məğlub olub.
Beləliklə, millimiz Anadoludan medalsız qayıdıb. G4 kateqoriyalı yarışda buna qədər Patimat Abakarova (49 kq), Fəridə Əzizova (67 kq) vg Radik İsayev (+80) dayanqı başıaşağı tərk ediblər.