Noyabrın 12-də İndoneziyanın paytaxtı Cakarta şəhərində karate üzrə gənclər və yeniyetmələr arasında 9-cu dünya çempionatı start götürəcək. 94 ölkədən 1425 idmançının mübarizə aparacağı yarışda Azərbaycan karateçiləri də qüvvələrini sınayacaqlar. İmançılarımız İndoneziyaya müxtəlif yaş dərəcələrində 18 nəfərlik heyətlə yollanacaqlar.
4 gün davam edəcək turnirə noyabrın 15-də yekun vurulacaq.