Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub

Taekvondo üzrə Azərbaycan çempionatına yekun vurulub



"Sərhədçi” Olimpiya İdman Mərkəzində böyüklər arasında taekvondo üzrə Azərbaycan çempionatı başa çatıb. Yarışın üçüncü günündə kişilərin 2, qadınların mübarizəsində isə 3 çəki dərəcəsində qaliblər müəyyənləşib.
Azərbaycan Taekvondo Federasiyasının (ATF), Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi yarışın son günündə kişilərin mübarizəsində Zəlimxan Rəşidov (58 kq), Ceyhun Həsənli (87 kq), qadınlar arasında isə Gülhanım Yeşildal (53 kq), Günay Ağakişiyeva (62 kq) və Elnarə Cəlilova (73 kq) qızıl medaıa layiq görülüblər.
Çempionatda komanda hesabında "Neftçi”, "Gilan” və "Sumqayıt” klubları ilk üç yerə layiq görülüblər.
Üç gün davam edən yarışda səkkiz çəki dərəcəsi üzrə kişi və qadın taekvondoçular yarışıblar. Çempionatda paytaxtda və bölgələrdə fəaliyyət göstərən müxtəlif komandaların idmançıları mübarizə aparıblar.