"Qəbələ” Atıcılıq Klubu ardıcıl 3-cü dəfə stend növləri üzrə Heydər Əliyev adına Beynəlxalq Qran-pri turniri ev sahibliyi edəcək.
Artıq yarışın tarixi də dəqiqləşib. Turnir mayın 6-da start götürüb, 14-də başa çatacaq. Kişilərin mübarizəsində qaliblər 6 min ABŞ dolları qazanacaqlar. Kişilərdən fərqli olaraq, qadınlar 5 min ABŞ dolları əldə edəcəklər. Mükafat fonduna əsasən, ikinci yerin sahibi 5, 3-cü pilləyə yüksələcək snayper 4 min dollara sahib olacaq. Həmçinin 4-6-cı yerləri tutan idmançılar da pul mükafatı alacaqlar. Onlar müvafiq olaraq, üç, iki və min dollara yiyələnəcəklər.