Sumqayıtda açıq çempionat

Sumqayıtda açıq çempionat


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş böyüklər arasında "Sumqaylt şəhər açıq çempionatı” keçiriləcək. Çempionat 27-28 aprel tarixlərində Sümqayıt şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyası tərəfindən birgə təşkil ediləcək.
Ulu öndərin xatirəsinə həsr edilmiş turnirdə, paytaxt və respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrinin idmançiları iştirak edəcəklər. Olimpiya İdman Kompleksində yarışın mükafatçıları Sumqayıt şəhər İdman Baş İdarəsinin diplom, medal və müxtəlif hədiyyələri ilə mükafatlandılılacaqlar.