Ukraynanın Xarkov şəhərində çoxmübarizəli döyüş növləri üzrə dünya çempionatı keçirilib.
Yarışda 25 ölkədən 36 komanda birincilik uğrunda mübarizə aparıb. Çempionatda komanda hesabında Ukrayna birinci, Azərbaycan ikinci, Rusiya isə üçüncü yeri tutublar. Komandamız yarışda 22 idmançı ilə təmsil olunub.
Milli komandamız mundialda altı qızıl, beş gümüş və dörd bürünc medal qazanıb. Bundan başqa, 18-25 yaş arasında 70 kiloqram çəki dərəcəsində Vüsal Abdullazadə ikiqat dünya çempionu olub. Milli komandamızın məşqçisi Bayram Qəhrəmanov (90 kq-dan yuxarı) 25-39 yaşlı idmançıların mübarizəsində qızıl medal qazanıb. Digər qızıl medalları komandamıza Fətəli Məmmədli, Zahid Ağaverdiyev, Babək Qələmzadə və Nicat Orucov qazandırıblar.