Taekvondoçular bu dəfə Sumqayıtda güclərini sınayacaqlar

Taekvondoçular bu dəfə Sumqayıtda güclərini sınayacaqlar

Aprelin 27-28-də Sumqayıtda ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş taekvondo üzrə şəhər açıq çempionatı keçiriləcək. Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Taekvondo Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən açıq çempionatda paytaxt və respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrinin idmançiları iştirak edəcəklər. Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək yarışın mükafatçıları Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin diplom, medal və müxtəlif hədiyyələri ilə mükafatlandırılacaqlar.