Avqustun 19-21-də İsmayıllı Olimpiya İdman Mərkəzində Uşu-Sanda üzrə Respublika çempionatı keçiriləcək.
Olimpnews.az saytının məlumatına görə, müxtəlif çəki dərəcəərində 2001-2008-ci illər təvəllüdlü idmançıların iştirak etdiyi birinciliyin keçirilməsində məqsəd cari il üçün ölkə yığma komandasının heyətini müəyyənləşdirmıkdən, idmançıların ustalığını artırmaqdan ibarətdir.
Qeyd edək ki, çempionat AGİN, ADFA və AUF-un rəhbərliyi ilə həyata keçiriləcək. Yarışın sonunda fəxri kürsüdə yer tutmağı bacaran idmançılar diplom və medallarla mükafatlanacaqlar. Qızıl və gümüş mükafatçılar isə yığma komandanın heyətinə daxil olacaqlar.
Kənan Novruzov