Yığmamız “ONE” SİLAT üzrə dünya çempionatında iştirak edəcək

Yığmamız “ONE” SİLAT üzrə dünya çempionatında iştirak edəcək

Malayziyanın paytaxtı Kuala Lumpur şəhərində keçiriləcək "ONE” SİLAT üzrə dünya çempionatında ölkəmizin şərəfini Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının üzvləri Məqam Bayramov 85 kq, Elxan Cəfərov 70 kq çəki dərəcəsində qoruyacaqlar.

Azərbaycan Sindo-ryu və Pencak silat Federasiyasının vitse-prezidenti Ceyhun Əşrəfovun Olimpnews.az saytına verdiyi məlumata görə idmançılarımız 17-21 avqust 2016- ci il tarixlərində Azərbaycan yığmasının baş məşqçisi Abbas Hümbətov rəhbərliyi altında yarışda iştirak edəcəklər. 56 ölkədən 220 idmançı qızıl kəmər uğrunda mübarizə aparacaq.

Hər iki idmançılarımıza qələbə arzulayırıq.