Aprelin 20-də Kyokuşinkay Karate Federasiyasının Təşkilatçılığı ilə III respublika çempionatı keçirilib. Yarış iştirakçıları "Ciyutaido”nun "S” versiyası üzrə mübarizə aparıblar.
Çempionatda Bakının 8 komandası və 2 idman klubu, həmçinin 11 rayonu təmsil edən karateçilər yarışıblar. Ümumilikdə yarışlara 114 idmançı qoşulub. Müxtəlif yaş qrupu və çəkilər üzrə təşkil olunan III respublika çempionatında qaliblər müəyyənləşib. Paytaxtı təmsil edən "Cəngavər” idman klubunun karateçiləri daha yaxşı nəticə göstəriblər. Klubun 5 idmançısı müxtəlif çəki dərəcələrində I yeri tutb. Şabran təmsilçiləri 3 qızıl medala layiq görülüblər. Binəqədi karateçiləri isə 5 dəfə fəxri kürsünün birinci pilləsində yer alıblar. "Mərkəz” klubunun idmançıları və Siyəzən karateçiləri hərəyə iki qızıl medal əldə ediblər.
Aprelin 21-də isə Kyokuşinkay Karate Federasiyasının XX respulika çempionatı təşkil olunub. Bu yarışda Bakının 11 komandası və 4 idman klubu ilə yanaşı, bölgələri təmsil edən 18 komanda gücünü sınayıb. Çempionatda ümumilikdə 184 karateçi mübarizə aparıb. Nizami rayonunun idmançılarından Rəfail Əmrahov (20 kq), Xəyyam Yusifli (35 kq) və Nural Şahverənli (40 kq) birinci olublar. "Mərkəz” klubunun üzvləri Elgiz Şahbazlı (55 kq), Əli Yusifov (70 kq), həmçinin klubun qadın idmançısı Xuraman Yusubova (45 kq) rəqiblərindən üstün olublar. Şabran rayon karateçilərindən Bəhram Dadaşov (60 kq) və Aygün Əsədli (+50 kq), Nərimanov rayon idmançılarından Samuran Məmmədov (45 kq) və Qismət Məmmədov (60 kq) çempionatı qızıl medalla başa çatdırıblar. 50 kq çəki dərəcəsində Nuru Mahmudov ("Cəngavər klubu”) birinci olub. 25 kq çəki dərəcəsində Əliağa Babayev (Xırdalan), 30 kq çəki dərəcəsində isə Fədail Quliyev (Binəqədi) fəxri kürsünün birinci pilləsində yer alıblar.