Muay-tayçılarımız Avropa çempionatında iştirak edəcəklər

Muay-tayçılarımız Avropa çempionatında iştirak edəcəklər
Oktyabrın 22-29-da Xorvatiyanın Spilit şəhərində Muay-Tay üzrə Avropa çempionatı keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, Azərbaycan qitəmiqyaslı yarışda iki idmançı ilə təmsil olunacaq. 67 kq çəki dərəcəsində Cabbar Mustafayev, 60 kq-da isə Alid Məmmədzadə ölkəmizin şərəfini qoruyacaqlar.

Qeyd edək ki, idmançılar yığma komandanın baş məşqçisi Şəhriyar İsayevin rəhbərliyi altında gündə iki dəfə olmaqla məşqlərini davam etdirirlər.