Sambo üzrə açıq Bakı birinciliyinə yekun vurulub

Sambo üzrə açıq Bakı birinciliyinə yekun vurulub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən Hövsan Olimpiya İdman Kompleksində gənclər arasında sambo üzrə açıq Bakı birinciliyi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, birincilikdə 110 idmançı mübarizə aparıb.

Yarışda Sabir Ağayev (48 kq), Sübhan İsrafilov (52 kq), Rəşad Dünyamalıyev (57 kq), Fuad Məmmədov (62 kq), Elton Quliyev (68 kq), Elvin Cəlilov (74 kq), Zöhrab Qurbanov (82 kq), Cavid Muradov (90 kq), Elvin Tarverdiyev (100 kq) və Hüseyn Quliyev (100 kq-dan yuxarı) qızıl medala sahib olublar.

Qeyd edək ki, ilk üç yeri tutan idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunublar.