Azərbaycanın taekvandoçuları Türkiyədə keçirilən klublararası Avropa çempionatının üçüncü günündə daha üç medala sahib olublar.
Qitə çempionatında iştirak edən ölkəmizin "Gilan” idman klubunun yetirmələri Fizam Mehdiyev (58 kq) və Ayxan Tağızadə (68 kq) bütün rəqiblərini mübarizədən kənarlaşdıraraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Digər taekvandoçumuz Mikayıl Əliyev (54 kq, "Azəri”) isə yalnız həlledici qarşılaşmada məğlub olaraq yarışı gümüş medalla başa vurub.
Bununla da Azərbaycan klublarının Türkiyədəki turnirdə qazandıqları medalların sayı 25-ə çatıb. Çempionatın birinci günündə taekvando klublarımızın yeniyetmə idmançıları aktivlərinə 9, gənc idmançıları isə 13 medal əlavə etmişdilər.