Taekvondoçularımız Türkiyədən 10 medalla qayıdırlar

Taekvondoçularımız Türkiyədən 10 medalla qayıdırlar



Dünya Taekvando Federasiyasının və Türkiyə Taekvando Federasiyasının təşkilatçılığı ilə Antalyada keçirilən IV "Turkish Open” beynəlxalq turniri başa çatıb. 

"G-2” kateqoriyalı turnirdə Azərbaycan yığmasının daha bir üzvü uğurla çıxış edərək komandamızın aktivindəki medalların sayını10-a çatdırıb.

87 kq çəki dərəcəsində dayanq üzərinə çıxan Ramin Əzimov yarımfinalda Rusiya təmsilçisi Vladislav Larinlə qarşılaşmada məğlubiyyətlə üzləşərək bürünc medala kifayətlənməli olub.
Beləliklə, taekvandoçularımz yarışda 2-si qızıl, 3-ü gümüş və 5-i bürünc olmaqla, ümumilikdə 10 medal qazanıblar. Yığma komandamızın liderləri Radik İsayev və Milad Beigi Hərçəqani "Turkish Open” turnirində iştirak etməyiblər.