AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

AFFA-nın növbəti Hesabat Konfransı keçiriləcək

Martın 16-da, saat 10:00-da, Hilton hotelində AFFA-nın növbəti Hesabat Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.

Olimpnews.az saytının məlumatına görə, AFFA-nın Nizamnaməsinin 29-cu maddəsinə əsasən, Konfransın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:
- Prezident tərəfindən salamlama
- Yığıncağın tərkibinin yoxlanılması
- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
- Maliyyə hesabatının təsdiq olunması
- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
- Növbəti ilin büdcəsinin təsdiq olunması
- Hər hansı vakant vəzifəyə seçkilər
- AFFA üzvlərinin təkliflərinin qəbul olunması
- Digər məsələlər

Konfransda İcraiyyə Komitəsində mövcud olan 1 vakant yerə seçki keçiriləcək.