Çempionlar Liqasında 1/8 final mərhələsinin iki cavab matçı keçirilib.
"Barselona” PSJ, "Borussiya” isə "Benfika” ilə qarşılaşıb.
"Barselona” PSJ-yə ilk oyundakı ağır məğlubiyyətdən (0:4) sonra mözücəyə ümid edirdi və bu möcüzə baş verdi. PSJ-ni 6:1 hesabıyla darmadağın edən kataloniyalılar futbol tarixində mümkün olmayanı bacardı.
Günün digər görüşündə isə "Borussiya” "Benfika”ı darmadağın etdi. İlk matçdakı məğlubiyyətin əvəzini artıqlamasıyla çıxan almanlar yoluna davam edirlər.
UEFA Çempionlar Liqası
1/8 final mərhələsinin cavab oyunları
8 mart
"Barselona” (İspaniya) – PSJ (Fransa) - 6:1
Qollar: Suarez, 3, Kurjava, 40 (öz qapısına), Messi, 50 (pen.), Neymar, 88, 90 (pen.), Roberto, 90+5 - Kavani, 62
Baş hakim: Dəniz Aytəkin (Almaniya)
İlk oyun: 0:4
"Borussiya” (Dortmund, Almaniya) – "Benfika” (Portuqaliya) - 4:0
Qol: Obameyanq, 4, 61, 85, Pulisiç, 59
Baş hakim: Martin Atkinson (İngiltərə)
İlk oyun: 0:1