Ən güclü kikboksçular “Sərhədçi”də müəyyənləşdi

Ən güclü kikboksçular “Sərhədçi”də müəyyənləşdi




Aprelin 26-da başlayan kikboksinq üzrə XIX Azərbaycan çempionatına aprelin 28-də yekun vuruldu. Paytaxt və bölğələrdən 400- dən çox idmançının iştirak etdiyi yarışda ən güçlü idmançılar layiq olduqları yerləri tutdular. Aprelin 26-da "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən yarış idmansevərlərin də böyük marağı ilə qarşılandı. Qeyd edək ki, yarışın açılış mərasimində gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Kikboksinq Federasiyasının prezidenti Adil Əliyev, federasiyanın diğər rəsmiləri və tanınmış idmançılar iştirak edirdilər.
Səhədçi idman Olimpiya Mərkəzində keçirilən cempionat Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başladı. Cempionatı giriş sözü ilə Azərbaycan Kikboksinq Federasiyasının prezidenti, millət vəkili Adil Əliyev açdı. O, kikboksinq üzrə XIX Azərbaycan çempionatı münasibətilə idmançıları təbrik etdi, onlara qələbə sevinci arzuladı. İdmanın bugünkü inkişafından, idmana göstərilən dövlət qayğısından bəhs edən Adil müəllim bildirdi ki, bu cempionat ulu öndər, ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi ərəfəsinə təsadüf edir. "Dahi şəxsiyyət Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin idmanın inkişafına, idmançılarımıza göstərdiyi xüsusi diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan idman ölkəsi kimi tanınır. Bu gün idmanla məşğul olanların sayı xeyli artıb. Bizim idmançılar ölkədaxili və beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil edirlər. Biz buna çox sevinirik”, - deyə fedarasiya rəhbəri bildirdi. O əlavə etdi ki, idmançılarımızın bir amalı var: bayrağımızı zirvələrə qaldırmaq və ölkəmizi layiqincə təmsil etmək.
Sonra gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov cıxış etdi. İsmayıl müəllim cempionat münasibətilə idmançıları təbrik etdı, onlara uğurlar arzuladı. "Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə paytaxt və bölgələrimizdə müxtəlif idman yarışları, tədbirlər keçirilir. Sevindirici haldır ki, kikboksinq yığması may ayında ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş dünya cempionatında iştirak edəcək. Bütün yarışlarda idmançılarımıza uğurlar arzu edirik”, - deyə İsmayıl müəllim bildirdi. O, son bir ildə idmanda qazanılan nailiyyətlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan da bəhs etdi. Sonra tədbir incəsənət nümayəndələrinin müsiqi nömrələri ilə davam etdi.
Qeyd edək ki, cempionatda paytaxt və bölgələrdə fəaliyyət göstərən klublardan 400-dən çox kikboksçu iştirak edirdi. Çempionat aprelin 28-də başa çatdı. İki gün davam edən yarışdan sonra federasiya rəsmiləri və idmançılar öz təsuratlarını bizimlə böyüşdülər. Kikboksinq Feredasiyasının prezidenti Adil Əliyev bildirdi ki, yarış çox yüksək səviyyədə keçirildi. "İdmançılarımızın hazırlıq səviyyəsi məni sevindirdi. Çempionatın yüksək səviyyədə keçirilməsində "Sərhədçi” İdman Olimpiya Mərkəzinin, "Akkord” şirkətinin böyük səyi var. Klub və idman ocaqlarımızın da zəhmətini danmaq olmaz. İdmançılara kikboksinqin sirlərini öyrədən məşqçi- müəllimlər də əlindən gələni edirlər. Bu cempionat ölkəmizdə keçirilən ən yaxşı cempionatlardan biri oldu. Bu münasibətlə cempion adını qazanan bütün idmançılarımızı və onların üzərində böyük əziyyətləri olan məşqçi-müəllimlər təbrik edirəm”, - deyə federasiya prezidenti bildirdi.

Federasiyanın I vitse-prezidenti Güloğlan Cabbarov:
- Bu gün idmançılarımız arasından ən güclüləri cempion adına layiq görüldü. Bizim ən böyük istəyimiz kikboksinq idman növünə olan marağı artırmaq, bu idman növünü daha da kütləviləşdirməkdir. İdmançılarımızın yüksək səviyyədə döyüş qabilliyətinə malik olması məni çox sevindirir. Biz müharibə şaraitində yaşayırıq. Kikboksçuların ən böyük vəzifələrindən biri də vətənin keşiyində duran sağlam, cəsur, döyüşkən əsgər olmaqdır. İdmançılarımız beynəlxalq yarışlardan vətənə medallarla qayıtmağı, Azərbaycanımızın bayrağını zirvələrə ucaltmağı özlərinə borc bilirlər. Bununla yanaşı, idmançıların bir başqa amalı da sağlam həyat tərzi keçirmək, pis vərdişlərdən uzaq olmaq, narkomaniya və uşaq çinayətkarlığına qarşı mübarizə aparmaqdır.



Beynəlxalq dərəcəli hakim Fəxrəddin Quliyev:
- Hakimlik etdiyim bu çempionat idmançlıların fəallığı, güçlü idmançıların çox olması ilə yadda qaldı. Cempionat olduqca yaddaqalan oldu. İdmançılar arasında fiziki bə texniki cəhətdən güclü olanlar çoxdur. Onların kikboksinqin sirlərini dərindən öyrənməsi sevindirici haldır. Bu gün cempion adını qazanan idmançılardan bir neçəsi may ayının 10-da Avstriyanın paytaxtı Vyanada keçiriləcək ulu öndər Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş yarışda ölkəmizi təmsil edəcək. İnanıram ki, idmançılarımız onlara göstərilən etmadı doğrulda biləcəklər. Bundan başqa idmançılarımız Macarıstanda Dünya kubokunda, Braziliyada dünya cempionatında iştirak edəcəklər. Federasiya rəhbərliyi tərəfindən kikboksçulara yüksək səviyyədə diqqət göstərilir. İdmançılar bu diqqəti daim hiss edirlər. Federasiya rəhbəri Adil Əliyevin diqqət və qayğısını görən idmançılar yarışlara ruh yüksəkliyi ilə hazırlaşırlar. İdmançıların yüksək səviyyədə hazırlığı üçün federasiya tərəfindən hər bir şərait yaradılıb. Bu isə onların peşəkar idmançı kimi yetişməsinə öz müsbət təsirini göstərir.

Dəfələrlə dünya çempionu, əməkdar məşqçi Eduard Məmmədov:
- Kikboksinq üzrə XIX Azərbaycan çempionatı çox maraqla qarşılandı. İdmançılar yarışa yüksək səviyyədə hazırlaşıblar. Mənə elə gəldi ki, idmançılarımız sanki dünya çempionatına hazırlaşıblar. Onların fizikli və texniki hazırlığı çox xoşuma gəldi. Yarışa baxan hər bir insan hiss edə bilərdi ki, bu çempionata federasiya rəhbərliyi tərəfindən yüksək qiddət göstərilib. İdmançıların belə yüksək ruhda yarışdıqlarını görmək məni bir idmançı kimi çox sevindirir. Təkcə paytaxtımızın deyil, rayonlarımızın komandaları da yüksək hazırlıq səviyyəsinə görə fərqlənirlər. Sevinirəm ki, bu idman növünə bu qədər maraq var və idmançılarımızın sayı getdikcə artmaqdadır. Hazırda Antalyada və Braziliyada keçiriləcək dünya cempionatına hazırlaşıram. Ümid edirəm ki, bu cempionatlardan ölkəmizə medallarla qayıldacağıq. May ayında Macarıstanda keçiriləcək Dünya kubokunda da ölkəmizi layiqincə təmsil edəcəyimə inanıram. Bayrağımızı qaldırmaq, vətənə qızıl medalla qayıtm arzusundayam. Kikboksinq üzrə keçirilən XIX Azərbaycan çempoinatında tələbələrimin yüksək səviyyədə çıxış etməsi məni sevindirdi. Sevinirəm ki, davamçılarım üzümü qara etmədilər və onların arasında cempionlarda oldu. Bu gün kikboksinq idman növü ilə məşğul olan idmançılar arasında güclülər çoxdur.

Yığma komandanın rəisi Sadıq Bağırov:
- Yarış olduqca yüksək səviyyədə keçirildi. Cempion adını qazananlar arasında yeni adlara rast gəldik. Bu isə kikboksinqin inkişaf etməsindən xəbər verir. Məşqçi- müəllimlərin idmançıları yüksək səviyyədə hazırlaması bu gün öz töhfəsini verdi. İdmançıların təlim- məşq proseslərində fəal iştirak etməsi onların idmana olan həvəsi bu yarışda aydın şəkildə hiss olunurdu. Bundan sonra idmançılarımzı beynəlxalq yarışlar gözləyir. Bugünkü cempionat sübut etdi ki, idmançılarımızın hazırlıq səviyyəsi yüksək səviyyədədir, onlar öz rəqiblərinə çətinlik çəkmədən qalib gəlməklə qadirdirlər. Bizim məqsədimiz həm ölkədaxili , həm də beynəlxalq yarışlardan vətənimizə yüksək nəticələrlə qayıtmaqdır.

Milli komandanın baş məşqçısi Ehram Məcidov:
- İdmaçılarımız yaxşı çıxış etdilər. İllər öncə ağırçəkili idmançılarımız azlıq təşkil etsələr də, bu gün onların sayı çoxdur. Onlar bu cempionatda fəallıq nümayiş etdirdirlər. Kikboksinq üzrə XIX Azərbaycan çempionatı çox maraqlı keçdi. İdmansevərlərin yarış iştirakçılarını dəstəkləməsi onları daha da ruhlandırdı. İdmançılarımızın döyüş səviyyəsi yüksək idi. Bu, məni çox sevindirir. Bütün çəki dərəcələrində idmançılarımızın fəal iştirakı gözəl haldır. Qarşıda idmançılarımızı ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar yarış gözləyir. Bu gün çempion adını qazanan idmançılar bundan sonra ölkəmizi beynəlxalq yarışlarda layiqincə təmsil edəcəklər. İdmançılarımız federasiya rəhbərliyinin qayğısını , onlara olan diqqəti hər zaman hiss edirlər. Bu da onlarda idmana olan həvəsi daha da artırır. Ötən illə müqayisədə idmançılarımızın və klublarımızın sayında artım var. Bu da bizi çox sevindirir. Bu gün kikboksinq üzrə XIX Azərbaycan çempionatının maraqlı keçməsinə, idmançılarımızın yüksək səviyyədə çıxış etməsinə ürəkdən sevinirəm. Onlar bu günün idmançıları, sabahın güclü-qüvvətli əsgərləridir. İdmanla məşğul olmaq, sağlam həyat tərzi keçirmək deməkdir. İnanıram ki, illər sonra idmançılarımızın sayı, hazılrlıq səviyyəsi bundan da artıq olacaq.

Jalə Rzabəyli