U-19 qələbə qazanıb

U-19 qələbə qazanıb

Estoniyanın paytaxtı Tallinndə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması növbəti yoldaşlıq oyununu keçirib.

Olimpnews.az saytının məlumatına görə, Estoniyanın U-19 komandasına qarşı keçirilmiş oyun 5:2 hesabı ilə yığmamızın xeyrinə başa çatıb. Bahadur Həziyevin dubl etdiyi qarşılaşmada hərəyə 1 dəfə Elçin Əsədov, Fərid Nəbiyev və Əli Sadıxov fərqləniblər.

Komandalar arasında martın 25-də keçirilmiş yoldaşlıq görüşündə hesab açılmamışdı.