Futzalçılarımıza qrup liderliyi üçün heç-heçə kifayətdir
Aprelin 8-də futzal üzrə AÇ-2018-in əsas mərhələsinin B qrupunda mübarizəyə start verilib. Olimpnews.az saytının məlumatına görə, millimizin də yer aldığı qrupun bütün oyunları Bakıda keçirilir.
Yığmamızın ilk rəqibi Bosniya və Herseqovina millisi olub. Avropada ən güclülərdən hesab olunan milli komandamız ilk oyununda çətin qələbə qazanıb. 9 qolun vurulduğu qarşılaşmada hesab yığmamızın xeyrinə olub - 5:4. Bolinyanın het-trik etdiyi matçda Everton Kardozo və Eduardo hərəyə bir dəfə fərqləniblər. Qrupdakı digər oyunda Macarıstan Albaniya yığması ilə üz-üzə gəlib və 4:3 hesablı qələbəyə sevinib.
İkinci turda yığmamız Albaniya millisi ilə münasibətlərinə aydınlıq gətirib. Futzalçılarımız bu matçı da qələbə ilə başa vurub. Biro Jadenin yetirmələri 5:0 hesablı böyük qələbəyə seviniblər. Bu nəticə ilə komandamız birinci pilləyə yüksəlib. Qrupun digər oyununda Bosniya və Herseqovina millisi Macarıstanla heç-heçə oynayıb.
Son turun oyunları bu gün keçiriləcək. İlk olaraq Albaniya ilə Bosniya və Herseqovina komandaları qarşılaşacaq. Bu oyundan sonra millimiz Macarıstan yığmasını sınağa çəkəcək. Liderliyi qorumaq üçün futzalçılarımıza macarlarla matçda heç-heçə də bəs edir.
AÇ-2018-in əsas mərhələsi
B qrupu
I tur
8 aprel
Azərbaycan - Bosniya və Herseqovina - 5:4
Qollar: Eduardo, 3, Everton Kardozo, 18, Bolinya, 19; 20; 33 - Markiç, 7; 16, Pavloviç, 19, İvankoviç, 39.
Macarıstan - Albaniya - 4:3
II tur
9 aprel
Bosniya və Herseqovina - Macarıstan - 2:2
Azərbaycan - Albaniya - 5:0
Qollar: Everton Kardozo, 3, Eduardo, 26, Vasura, 28, Namiq Məmmədkərimov, 35, Xətai Bağırov, 36.
III tur
11 aprel
17:30. Albaniya - Bosniya və Herseqovina
20:00. Macarıstan - Azərbaycan
O Q H M T X
1. Azərbaycan 2 2 0 0 10-4 6
2. Macarıstan 2 1 1 0 6-5 4
3. Bosniya və H. 2 0 1 1 6-7 1
4. Albaniya 2 0 0 2 3-9 0