FİFA-dan “Qarabağ”a təbrik məktubu

 FİFA-dan “Qarabağ”a təbrik məktubu
"Qarabağ” Azərbaycan çempionu olması münasibətilə növbəti təbriki alıb. Olimpnews.az saytının məlumatına görə, bu dəfə FİFA Ağdam klubunu təbrik edib.

Belə ki, ali futbol qurumunun rəhbəri Canni İnfantino AFFA-nın prezidenti Rövnəq Abdullayevə ünvanladığı məktubla dünya futbol ictimaiyyəti adından "Qarabağ" klubunu Azərbaycan Premyer Liqasının 2016/2017-ci illər mövsümünün qalibi olması, UEFA Çempionlar Liqasına vəsiqə qazanması, gözəl oyunu ilə azarkeşlərinə böyük sevinc yaşatması münasibətilə təbrik edib.

FİFA-nın prezidenti "Qarabağ”a daha böyük uğurlar arzulayıb.