Jurnalisti döyən türk futbolçuları cəzalandırıldı

Jurnalisti döyən türk futbolçuları cəzalandırıldı



Türkiyə Futbol Federasiyasının (TFF) Nizam-İntizam Komitəsi "Başakşəhər”in 3 futbolçusunu cəzalandırıb.

"Olimpnews.az” Türkiyə mətbuatına istinadla xəbər verir ki, "Rizəspor"la keçirilən matçdan sonra "Başakşəhər"in bir neçə futbolçusu "A Spor" telekanalının müxbirinə hücum çəkərək onu döyüblər.

Bundan sonra TFF Yalçın Ayxan və Ufuk Ceylanın 5, Volkan Babacanın isə 1 oyunluq cəzalandırıldığını, kapitan Əmrə Belözoğlunun 50 min türk lirəsi cərimələndiyini bəyan edib.