Bakı-2017: Basketbol üzrə qadınlardan ibarət millimizin heyəti açıqlanıb

 Bakı-2017:  Basketbol üzrə qadınlardan ibarət millimizin heyəti açıqlanıb

Basketbolun 3x3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisinin IV İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Olimpnews.az saytının məlumatına görə, baş məşqçi Tatyana Slojenitsina Bakıda keçiriləcək yarışda Dina Ulyanova, Tatyana Deniskina, Abigail Mollenhauer və Marsedes Uolkerə şans verəcək.

Qeyd edək ki, Bakı-2017-də A qrupunda mübarizə aparacaq millimiz Türkmənistan, Əlcəzair, Mali və Əfqanıstan basketbolçuları ilə qarşılaşacaq.