XIV İslam Həmrəyliyi Oyunlarında komandamız 335 idmançı ilə təmsil olunacaq

XIV İslam Həmrəyliyi Oyunlarında komandamız 335 idmançı ilə təmsil olunacaq



Dünyada idman ölkəsi kimi tanınan Azərbaycan mötəbər beynəlxalq tədbirlərin və yarışların təşkili sahəsində zəngin təcrübəyə malikdir. İdman və Olimpiya Hərəkatının yüksək sürətlə inkişafı, idmanın güclü maddi-texniki bazaya malik olması respublikamızda mötəbər tədbirlərin təşkilinə əsaslı zəmanət yaradır. Nüfüzlu beynəlxalq qurumların etimadı sayəsində respublikamız Avropa və dünya çempionatlarına, Qran-pri yarışlarına ev sahibliyi edir. 

Azərbaycan bu günədək "Eurovision-2012” beynəlxalq mahnı müsabiqəsi, Bakı-2015 ilk Avropa Oyunları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, "Formula-1” üzrə Avropa Qran-pri yarışlarını yüksək səviyyədə təşkil edib. Bu il isə paytaxtımız daha bir mötəbər tədbirə IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Oyunlarında proqramında 20 idman növü yer alıb ki, bunu 15-i Olimpiya, 1-i milli və 2-si isə paralimpiya növüdür. Milli idman növü kimi proqrama zorxana daxil edilib. Beləliklə, idmançılar yarışlarda idmanın Olimpiya növü üzrə atletika, su idman növləri (suya tullanma, üzgüçülük, vaterpol), basketbol 3x3, futbol, gimnastika (bədii və idman gimnastikası), taekvondo, stolüstü tennis, həndbol, cüdo, güləş (sərbəst və yunan-Roma), atıcılıq, tennis, voleybol, boks, ağırlıq qaldırmada qüvvələrini sınayacaqlar. Paralimpiyaçılar atletika və cüdo növlərində ən güclüləri müəyyənləşdirəcəklər. Bundan başqa proqrama karate və uşu da daxil edilib.

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarına cəmi 15 gün qalır. Bu Oyunlarda Azərbaycan yığması 335 idmançı ilə təmsil olunacaq.
Mayın 12-22-də keçiriləcək yarışda komandamız bütün yarış növlərində mübarizə aparacaq.
Yarışın rəsmi açılış mərasimi mayın 12-də olacaq. Amma yarışlara mayın 8-də futbol yarışı ilə start veriləcək.