Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş taekvondo üzrə yeniyetmə və gənclər arasında V ənənəvi ümumrespublika turnirini keçiriləcək.
Yarışda respublikanın bölgələrində fəaliyyət göstərən taekvondo bölmələrində məşğul olan və müvafiq hazırlığa malik olan idmançilar iştirak edəcəklər. Azərbaycan Taekvondo Federasıyasının (ATF) eləcə də Lənkəran şəhər Gənclər və İdman İdarəsinin, "Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialının birgə təşkil etdiyi turnir may 2-dən 5-dək Masallı şəhər Olimpiya İdman kompleksində keçiriləcək.
Ulu öndərin xatirəsinə həsr olunmuş yarışda gənclər və yeniyetmə idmançılar bütün çəki dərəcələrində qüvvələrini sınayacaqlar.
Yarışda şəxsi və komanda birinciliyi üzrə yerlər müəyyən edildikdən sonra qalib idmançılar, Azərbaycan Taekvondo Federasiyası (ATF) və Lənkəran şəhər Gənclər və İdman İdarəsinin, "Təhsil” Respublika İdman Mərkəzinin Lənkəran filialı tərəfindən diplom, medal və müxtəlif hədiyyələr ilə mükafatlandılılacaqlar.